NİZAMNAMƏ KAPİTALI 20 MANAT OLAN ŞİRKƏT BAĞLANDI
DÖVLƏTƏ 26 MİN VERGİ BORCU VAR
“Aladdin Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət bununla bağlı kreditorlarına müraciət edib.
Qeyd edək ki, “Aladdin Holding” MMC 2024-cü ilin 29 aprel tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçici Məmmədov Elşən Rauf oğludur. MMC-nin 25 min 964 manat vergi borcu yığılıb.




