NOVRUZ VƏ RAMAZAN ÖNCƏSİ MÜJDƏ
PENSİYA, MÜAVİNƏT VƏ TƏQAÜDLƏR VAXTINDAN ƏVVƏL ÖDƏNİLƏCƏK
Qarşıdan gələn bayramlarla əlaqədar mart ayının pensiya, müavinət və təqaüdləri qrafikdən əvvəl ödəniləcək. Marja.az DSMF-yə istinadən xəbər verir ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvanda isə pensiya ödənişinə artıq başlanıb. Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.




