ÖDƏNİŞ MAAŞDAN AZ OLMAYACAQ
MƏZUNİYYƏT PULU İLƏ BAĞLI VACİB DƏYİŞİKLİK
2026-cı ildən Əmək Məcəlləsində edilən dəyişikliklər məzuniyyət haqqının hesablanmasına da təsir göstərib. Yeni qaydalara əsasən, məzuniyyət zamanı işçiyə ödənilən vəsait onun son maaşından aşağı ola bilməz. Milli.Az xəbər verir ki, Əmək Məcəlləsinə görə, məzuniyyət haqqı işçinin son 12 ayda aldığı əməkhaqqılarının cəmi iş günlərinin sayına bölünməklə müəyyən edilir və alınan orta gündəlik məbləğ məzuniyyət günlərinin sayına vurulur.Qanuna edilən dəyişikliklərə əsasən, hesablanan məzuniyyət pulu işçinin sonuncu əməkhaqqından az olarsa, bu zaman məzuniyyət haqqı son maaş məbləğində ödənilməlidir.




