“OPEL”SÜRÜCÜLƏRİ SERVİS MƏRKƏZLƏRİNƏ AXIN ETDİ
“OPEL”SÜRÜCÜLƏRİ SERVİS MƏRKƏZLƏRİNƏ AXIN ETDİ
HAVA YASTIQLARI 40 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLDU
Alman avtomobil sənayesinin tanınmış markası Opel ciddi təhlükə siqnalı verib. Şirkət 2003–2018-ci illərdə istehsal olunan Astra, Mokka, Zafira, Vectra, Cascada, Meriva və Signum modellərini kütləvi şəkildə geri çağırır. Səbəb isə avtomobillərdə quraşdırılmış Takata istehsalı olan hava yastıqlarıdır.Məlumata görə, bu hava yastıqlarının daxilindəki ammonium-nitrat maddəsi zaman keçdikcə təhlükəli hala gəlir. Nəticədə qəza zamanı hava yastığı sadəcə açılmır — partlayaraq metal qırıntılarını birbaşa salonun içinə saçır. Bu isə sürücü və sərnişinlər üçün ölümcül risk yaradır.Ekspertlər bildirir ki, sözügedən texniki qüsur artıq təxminən 40 nəfərin həyatına son qoyub. Hadisə uzun illər etibar simvolu sayılan “alman keyfiyyəti” anlayışına ciddi zərbə vurub və minlərlə avtomobil sahibini təcili şəkildə servis mərkəzlərinə üz tutmağa məcbur edib.




