“1 NÖMRƏLİ SƏFƏRBƏRLİK” NƏDİR?
ORDUMUZ TAM HAZIR VƏZİYYƏTƏ GƏTİRİLİR
Martın 5-i İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.
“Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, deyə prezident İlham Əliyev qeyd edib.Bəs bir nömrəli səfərbərlik nədir? Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahını qeyd edib. “1 nömrəli səfərbərlik zamanı silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunan ərazilərə çıxarılır” deyə Müdafiə Nazirliyinin paylaşımında qeyd olunub.




