ORTA MƏKTƏBİ YARIMÇIQ QOYDU, QƏLYANALTI SATDI
36 YAŞLI ÇİNLİ İNDİ MİLYARDERDİR
Çində ucuz qəlyanaltıları ilə tanınan “Busy Ming Group”un Honkonq birjasındakı uğurlu IPO-su yəni şirkətin ilk dəfə səhmlərini ictimaiyyətə çıxarması- iki yeni milyarderin ortaya çıxmasına səbəb olub.Şirkətin səhmləri ilk ticarət günündə 70%-dən çox bahalaşıb. Nəticədə şirkətin sədri, 38 yaşlı Yan Zhounun sərvəti 3,1 milyard dollar, sədr müavini, orta məktəbi yarımçıq qoymuş Zhao Dingin sərvəti isə 2 milyard dollara yüksəlib.IPO çərçivəsində şirkət təxminən 470 milyon dollar vəsait cəlb edib. Bu vəsait mağazaların yenilənməsi, tədarük zəncirinin gücləndirilməsi və marketinqə yönəldiləcək.Ucuz qiymət strategiyası ilə seçilən “Busy Ming” hazırda Çində əsasən bölgələrdə yerləşən 20 minə yaxın mağaza ilə fəaliyyət göstərir.Şirkətin 2025-ci ilin ilk 9 ayında satışları 75%-dən çox artıb.“Busy Ming” 2023-cü ildə iki yerli brendin birləşməsi nəticəsində yaradılıb. https://valyuta.az/news/orta-mektebi-yarimciq-qoyub-qelyanalti-satisi-ile-mesgul-oldu-milyarderdir




