PİRƏKƏŞKÜL MƏKTƏBİNİN ŞAGİRDİNDƏN BÖYÜK NAİLİYYƏT
PİRƏKƏŞKÜL MƏKTƏBİNİN ŞAGİRDİNDƏN BÖYÜK NAİLİYYƏT
NYU ŞANXAY UNİVERSİTETİNƏ TAM TƏQAÜD ALAN İLK AZƏRBAYCANLI TƏLƏBƏ OLDU
Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, Nilufər Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir. Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.




