“QARABAĞ” – “AYAKS” OYUNUNUN BİLETLƏRİ SATIŞDA
QİYMƏTLƏR 10 MANATDAN 1000 MANATA QƏDƏRDİR
“QARABAĞ” – “AYAKS” OYUNUNUN BİLETLƏRİ SATIŞDA
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxıb. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.




