QARDAŞLIQ VƏ HƏMRƏYLİK SÜFRƏSİ
İSTANBULDA YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN RAMAZAN İFTARI
İstanbul şəhərində yaşayan azərbaycanlılar üçün Ramazan ayına həsr olunan iftar mərasimi keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycanın İstanbul Baş Konsulluğunun və “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.İftarda Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, deputatlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycan–Türkiyə qardaşlığını, “Bir millət, iki dövlət” prinsipinin əhəmiyyətini vurğulayıblar. Tədbir Quran tilavəti, dualar və iftar süfrəsi ilə yekunlaşıb.




