AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
29 noyabr 2024-cü il tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş təşkil olunub. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri və tərəfdaşlıq imkanları müzakirə edilib.
AZPROMO nümayəndələri Azərbaycanın biznes və investisiya mühiti, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilərdə yaradılmış imkanlar, eləcə də xarici investorlar üçün təklif olunan dəstək mexanizmləri haqqında geniş təqdimat ediblər.
Həmçinin 2025-ci ilin birinci rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret addımların atılması müzakirə olunub.
Görüş zamanı Azərbaycanın investisiya potensialı və birgə təşəbbüslərin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Mənbə: AZPROMO rəsmi saytı




