QİDA İSTEHLAKINDAN MARAQLI STATİSTİKA
BİR AZƏRBAYCANLI ÖMRÜNDƏ NEÇƏ HEYVAN YEYİR?
Beynəlxalq araşdırmalar göstərir ki, insanların ət və balıq istehlakı təkcə ölkələr üzrə deyil, həm də bir insanın ömrü ərzində neçə heyvan “yeməsi” baxımından kəskin şəkildə dəyişir.Food and Agriculture Organization (FAO) və digər beynəlxalq statistik məlumatlara əsaslanan hesablamalar ortaya maraqlı mənzərə çıxarır: bəzi ölkələrdə bir insan ömrü boyu minlərlə heyvan istehlak edir.
Məsələn, ABŞ bu siyahıda açıq fərqlə liderdir. Scientific American nəşrinin məlumatına görə, orta statistik amerikalı həyat boyu təxminən 7000 heyvan yeyir. Bu rəqəmə 4500 balıq, 2400 toyuq, 80 hinduşka, 30 qoyun, 27 donuz və 11 inək daxildir. Bu göstərici sənaye tipli qidalanma modelinin nə qədər geniş yayıldığını göstərir.Bəs Azerbaijan necə?
Azərbaycanda vəziyyət daha “orta” hesab olunur. Burada bir insan ömrü ərzində təxminən 4 baş iri mal-qara,32–35 baş qoyun və ya keçi,710–750 toyuq,320–350 balıq istehlak edir. Ümumilikdə bu, 1060–1140 heyvan deməkdir.Azərbaycanı fərqləndirən əsas məqam isə qoyun ətinin yüksək paya malik olmasıdır. Bu da ölkənin milli mətbəxi və ənənəvi qidalanma vərdişləri ilə birbaşa bağlıdır.




