QLOBAL İXTİSAR DALĞASI
307 MİN NƏFƏR İŞDƏN ÇIXARILIB
Dünyanın aparıcı şirkətləri və dövlət qurumlarında kütləvi ixtisarlar diqqət çəkib. Ekspertlər bu prosesi süni intellekt texnologiyalarının sürətlə tətbiqi ilə əlaqələndirirlər. Son dövrlər ən çox işçi ixtisarı ABŞ hökumətində qeydə alınıb. Belə ki, müxtəlif federal qurumlarda 307 min nəfər işdən çıxarılıb. Özəl sektorda da vəziyyət oxşardır.Belə ki:
- UPS – 78 min,
- Amazon – 30 min,
- Intel – 25 min,
- Nissan – 20 min,
- Nestle – 16 min,
- Microsoft – ümumilikdə 22 min,
- Bosch – isə 13 min işçini süni intellektle əvəzləyib.
İxtisar dalğası Meta, American Airlines, General Motors, Target və digər iri şirkətləri də əhatə edib.Mütəxəssislər bildirir ki, süni intellektin avtomatlaşdırma imkanları bir çox sahədə insan əməyinə ehtiyacı azaldır. Xüsusilə mühasibatlıq, müştəri xidmətləri, logistika, proqramlaşdırma və analitika sahələrində işçi sayının kəskin azalacağı proqnozlaşdırılır.




