REGİONUN ƏSAS NEFT KƏMƏRLƏRİNDƏ İDARƏETMƏ DƏYİŞİR
REGİONUN ƏSAS NEFT KƏMƏRLƏRİNDƏ İDARƏETMƏ DƏYİŞİR
OPERATORLUQ KİMƏ TƏHVİL VERİLİR?
BP şirkəti Azərbaycan və region üçün əhəmiyyətli olan iki əsas neft kəmərinin – Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərlərinin operatorluğunu başqa qurumlara ötürməyə hazırlaşır. Business Media-ya BP-nin Gürcüstan nümayəndəliyindən verilən açıqlamada bildirilir ki, şirkət hazırda bununa bağlı danışıqlar aparır. Məlumata görə:
1.Bakı–Supsa kəmərinin Gürcüstan ərazisində yerləşən obyektləri Gürcüstan Neft və Qaz Korporasiyasına və ya onun müəyyən edəcəyi operatora verilə bilər.
2.Bakı–Tbilisi–Ceyhan və Cənubi Qafqaz boru kəmərinin əsas operatorluğu isə SOCAR Midstream şirkətinə ötürülə bilər.
Qeyd olunur ki, BP operatorluqdan çıxsa da, bu layihələrdə səhmdar kimi qalacaq:
BTC-də 30,1%,Cənubi Qafqaz boru kəmərində isə 29,99% payı saxlayacaq. Operatorluğun tam ötürülməsi üçün müvafiq sazişlər imzalandıqdan sonra prosesin 2026-cı ilin birinci yarısının sonuna qədər tamamlanması planlaşdırılır.




