RƏŞAD NƏBİYEV AWS RƏSMİSİ İLƏ GÖRÜŞÜB
RƏŞAD NƏBİYEV AWS RƏSMİSİ İLƏ GÖRÜŞÜB
GƏLƏCƏYİN TEXNOLOGİYALARI MÜZAKİRƏ EDİLİB
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində dünyanın ən böyük bulud texnologiyaları şirkəti olan “Amazon Web Services”in ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-preizdenti Dominik Delmolino ilə bir araya gəlib. Görüşdə Azərbaycanda texnoloji əməkdaşlıq perspektivləri qiymətləndirilib. “Bulud” infrastrukturunun inkişaf etdirilməsi və bu sahədə qabaqcıl təcrübələrin tətbiqi müzakirələrin mərkəzində dayanan əsas mövzu olub. Kibertəhlükəsizlik, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin genişləndirilməsi kimi strateji mövzularda müzakirə edilib. Görüşdə həmçinin bu istiqamətlərdə birgə fəaliyyət imkanlarının araşdırılması barədə razılıq ifadə olunub.




