RƏSMİ QURUM PROTOKOL YAZDI
RƏSMİ QURUM PROTOKOL YAZDI
“ZEYTUN” APTEKLƏRİNDƏ DƏRMANLAR BAHA SATILIB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə fəaliyyət göstərən əczaçılıq şirkətlərindən biri – Zeytun Pharmaceuticals MMC barəsində protokol tərtib edib. “Yeni Avaz”ın məlumatına görə, , şirkət bəzi dərmanları Tarif Şurası tərəfindən müəyyən edilən maksimum satış qiymətindən baha satıb. Buna görə də şirkətə İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə protokol yazılıb. Qeyd edək ki, 4 min manat nizamnamə kapitalı olan şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb.




