RUBEN VARDANYANA HÖKM OXUNDU
20 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyə- ləşdirilməsi, eləcə də digər ağır maddələri üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə açıq məhkəmə iclası keçirilib . Ona hökm oxunub. Hökmə əsasən, Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.




