Rusiya Federasiya Şurasının sədr müavini: COP29 bütün dünyanın diqqət mərkəzindədir
Bakıda COP29 çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Görüş zamanı iqlim dəyişikliyi ilə bağlı müzakirələrin əhəmiyyəti, parlamentlərin bu prosesdə rolu və COP29-un uğurlu təşkilatçılığı vurğulanıb. Sahibə Qafarova COP29-da məhsuldar müzakirələr aparıldığını, bəzi mühüm nəticələrin əldə edildiyini qeyd edib və Rusiya tərəfinin tədbirə qatıldığı üçün təşəkkürünü bildirib.
Andrey Yatskin isə COP29-un qlobal maraq doğurduğunu vurğulayaraq, tədbirin uğurlu keçirilməsinə görə Azərbaycanı təbrik edib.
Həmçinin ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğu, qanunvericilik orqanlarının əməkdaşlığının inkişaf etdiyi və beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın davam etdiyi qeyd olunub.
Mənbə: Demokrat.az






