RUSİYA NEFTİNDƏ SƏRT DÜŞÜŞ
RUSİYA NEFTİNDƏ SƏRT DÜŞÜŞ
SON 18 AYIN ƏN BÖYÜK AZALMASI QEYDƏ ALINDI
Rusiyada neft hasilatı 2025-ci ilin dekabr ayında kəskin şəkildə azalıb. Bloomberg agentliyinin məlumatına görə, dekabrda ölkədə gündəlik neft hasilatı 9,33 milyon barrel təşkil edib.Bu göstərici noyabr ayı ilə müqayisədə 100 min barreldən çox azalma deməkdir. Qeyd olunur ki, bu geriləmə son 18 ay ərzində qeydə alınan ən böyük azalma hesab olunur.Analitiklər hasilatdakı enişin əsas səbəbi kimi ABŞ-ın Rusiyanın aparıcı neft şirkətləri olan “Rosneft” və “LUKOIL”a qarşı sanksiyaları sərtləşdirməsini göstərirlər. Sanksiyaların həm maliyyə əməliyyatlarına, həm də ixrac imkanlarına mənfi təsir göstərdiyi bildirilir.




