RUSİYADA İLK DƏFƏ
RUSİYADA İLK DƏFƏ
SARI BANANLARIN İDXALI QADAĞAN EDİLİR
Rusiyaya idxal edilən bananlar üçün yeni dövlət standartı təsdiqlənib. Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyinin saytında dərc olunan sənədə əsasən, bu standart 2026-cı il martın 1-dən qüvvəyə minəcək. Beləliklə, standart Rusiyaya mağazalarda satılmaq üçün gətirilən bananlara şamil ediləcək. İndi ölkə ərazisinə gətirilən bananlar xarici görünüş, dad, qoxu və yetişmə dərəcəsi üzrə tələblərə uyğunluq baxımından yoxlanılacaq. Sarı bananların idxalı qadağan edilir. Satışa yaşıl və ya açıq yaşıl rəngli meyvələr çıxarılacaq ki, onlar Rusiya anbarlarında və ya digər xüsusi ayrılan yerlərdə yetişə bilsinlər. Bananların uzunluğu ən azı 14 santimetr olmalıdır, bir salxımda isə ən azı üç ədəd banan olmalıdır. Meyvələr xiyar qoxusu verməli, kəsilərkən süd şirəsi ifraz etməlidir. Dövlət standartı məcburi deyil, tövsiyə xarakteri daşıyır.




