MƏNFƏƏT 70%-Ə QƏDƏR AZALDI
RUSİYANIN NEFT-QAZ SEKTORU ÇÖKMƏ HƏDDİNDƏ
Rusiyanın neft və qaz şirkətləri sürətlə maliyyə itkiləri yaşayır. 2025-ci ilin ilk yarısında iri istehsalçıların xalis mənfəəti 50–70% azalıb. Rusiyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Surqutneftegaz” rublun möhkəmlənməsi səbəbindən rekord zərər edib. Əgər vəziyyət belə davam etsə, ilin sonuna qədər şirkətlərin çoxu ciddi risklərlə üzləşə bilər.Neft emalı sektoru da güclü təzyiq altındadır. Təkcə noyabrda Ukrayna dronları Rusiyanın neft zavodlarına 14 dəfə hücum edib – bu, müharibə başlayandan bəri ən yüksək göstəricidir. ABŞ-ın “Rosneft” və “Lukoil”ə qarşı sanksiyaları da neft emalını çətinləşdirir, ixracı azaldır və daşınma xərclərini artırır.




