RZA PƏHLƏVİ İRAN XALQINA SƏSLƏNDİ
“ƏN QISA ZAMANDA YANINIZDA OLMAQ İSTƏYİRƏM”
Amerika Birləşmiş Ştatları Prezidentinin cəsur İran xalqına vəd etdiyi yardım artıq gəlib çatıb. Bunu İranda devrilən şahın varisi Rza Pəhləvi bildirib. Qeyd edib ki, bu, humanitar müdaxilədir və onun hədəfi İslam Respublikası, onun repressiya aparatı və öldürücü maşınıdır. Ölkə və böyük İran milləti yox.
Lakin, bu yardıma baxmayaraq, son qələbəni biz əldə edəcəyik. Bu son mübarizədə işi İran xalqı başa çatdıracaq. Deyə Pəhləvi bildirib. O qeyd edib ki, Küçələrə qayıtmağın vaxtı yaxınlaşır. Ayıq və hazır olun ki, uyğun vaxtda küçələrə qayıda biləsiniz.
Biz son qələbəyə çox yaxınıq. Ən qısa zamanda sizin yanınızda olmaq istəyirəm ki, birlikdə İranı geri ala və yenidən qura bilək. Deyə Rza Pəhləvi deyib.




