SAHİBKARIN MAL-QARASI OĞURLANDI
SAHİBKARIN MAL-QARASI OĞURLANDI
ÇOBANLAR YARIM MİLYONLUQ CİNAYƏTDƏ İTTİHAM OLUNUR
Azərbaycanda çobanların törətdiyi iri məbləğli mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb. Hadisə Salyan rayonunda baş verib. Məlumata görə, Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan ümumi dəyəri 500 mindən çox olan 1377 baş iribuynuzlu və xırdabuynuzlu heyvanı ucuz qiymətə sataraq əldə edilən 586 min manatı mənimsəyiblər.Zərərçəkən sahibkarın müraciəti əsasında onlar xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunaraq həbs ediliblər. Təqsirləri sübuta yetirilərsə, 14 ilədək həbs cəzası ilə üzləşə bilərlər.




