SATIŞ HƏCMİNƏ GÖRƏ DÜNYANIN ƏN BÖYÜK ŞİRKƏTİ OLDU
“AMAZON” “WALMART”I GERİDƏ QOYDU
SATIŞ HƏCMİNƏ GÖRƏ DÜNYANIN ƏN BÖYÜK ŞİRKƏTİ OLDU
“Amazon” şirkəti satış həcminə görə dünya reytinqində birinci yerə yüksələrək ABŞ-nin nəhəng pərakəndə satış şəbəkəsi olan “Walmart”ı geridə qoyub. Bu barədə “Bloomberg” agentliyi xəbər verir.2025-ci ilin yekunları əsasında “Amazon”un satış dövriyyəsi təxminən 717 milyard dollar təşkil edib. “Walmart”ın göstəricisi isə 713.2 milyard dollarda qalıb.Hazırda “Amazon” dünyanın ən böyük onlayn pərakəndə satış platforması hesab olunur və onun xidmətlərindən ayda orta hesabla 2.7 milyard istifadəçi yararlanır. Öz növbəsində “Walmart” dünya üzrə 10 mindən çox mağaza və ticarət klubuna sahib olan ən böyük fiziki pərakəndə satış şəbəkəsi statusunu saxlayır.




