SAXTA İÇKİ QALMAQALI
SAXTA İÇKİ QALMAQALI
AQŞİN FATEHİN RESTORANI BAĞLANDI
Tanınmış meyxanaçı Aqşin Fatehin restoranı “By Fateh” bağlanıb. “Ölkə.az” xəbər verir ki, meyxanaçı restoranın bağlandığını təsdiq edib. O, tezliklə yeni məkan açacağını da qeyd edib.
Xatırladaq ki, sözügedən məkanda qısa zaman öncə müştərilərə saxta içki verildiyi məlum olmuş və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilmişdi.




