SEPAHDAN ABŞ-YƏ SƏRT MESAJ
SEPAHDAN ABŞ-YƏ SƏRT MESAJ
“BİR LİTR DƏ OLSUN NEFT İXRACINA İCAZƏ VERMƏYƏCƏYİK”
SEPAH davam edən münaqişə zamanı regiondan ABŞ-yə və ya Vaşinqtonla əməkdaşlıq edən ölkələrə hər hansı neft ixracına icazə verməyəcəyini iddia edir. Oxu.Az-ın “Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini bildirib. “ABŞ-nin İrana qarşı hazırkı təcavüzü şərtlərində İslam Respublikasının silahlı qüvvələri növbəti xəbərdarlığa qədər regiondan düşmən tərəfə və onun tərəfdaşlarına bir litr də olsun neft ixracına icazə verməyəcək”, – deyə o qeyd edib.
Əli Məhəmməd Naini, həmçinin bildirib ki, İslam Respublikası ordusu “müharibəni genişləndirməyə hazırdır” və məhz Tehran “müharibənin nə vaxt bitəcəyini müəyyən edəcək”.




