SƏRMAYƏÇİLƏR ÜÇÜN VAHİD PƏNCƏRƏ “INVEST IN AZERBAIJAN” İNFORMASİYA SİSTEMİ YARADILIR
“Invest in Azerbaijan”. Bu Azərbaycanda yeni yaradılacaq rəqəmsal informasiya sisteminin adıdır. Portal Azərbaycana sərmayə axınını sürətləndirəcək, investisiya mühitini daha da cəlbedici edəcək. Bu platforma ölkəyə sərmayə qoymaq istəyən yerli və xarici investorlar üçün vahid rəqəmsal pəncərə rolunu oynayacaq. Artıq (qrafika)
- İnvestisiya layihələri
- Sahibkarlıq mühiti
- İmtiyaz və güzəştlər
- Tənzimləyici tələblər
- Və birbaşa elektron müraciət imkanları
hamısı bir yerdə – daha əlçatan və daha şəffaf şəkildə təqdim olunacaq.Sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirliyin tabeliyində olan AZPROMO həyata keçirəcək.Xatırladaq ki, Prezident İlham Əliyev “Invest in Azerbaijan” informasiya sistemi yaradılması ilə bağlı fərman imzalayıb.




