SMARTFONLAR BİR İLDƏ İKİ DƏFƏ BAHALAŞDI
BİR TELEFONUN QİYMƏTİ 853 MANAT OLUB
2026- cı ilin yanvar ayında Azərbaycana xaricdən 69 min 507 ədəd smartfon gətirilib. Bu telefonların ümumi dəyəri təxminən 34,9 milyon dollar olub. Orta hesabla bir telefonun qiyməti 502 dollar təxminən 853 manat təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə smartfon idxalı xeyli artıb. Say baxımından 35,4% çoxalma var. Qiymətlər isə daha da yüksəlib . 2025-ci ildə bir telefonun orta qiyməti 242 dollar idi, bu il isə demək olar ki, 2 dəfə bahalaşıb. Smartfonlar əsasən Çindən gətirilib – 47 mindən çox. Vyetnamdan təxminən 20 min, Hindistandan isə 1 200-dən bir az çox telefon idxal olunub.Qiymətlər ölkələrə görə fərqlənir. Çindən gətirilən telefonlar orta hesabla 560 dollar, Vyetnamdan 360 dollar, Hindistandan isə 646 dollar olub.




