“SOCAR TÜRKİYƏ”DƏN STRATEJİ ADDIM
“SOCAR TÜRKİYƏ”DƏN STRATEJİ ADDIM
HAVA LİMANININ QAZ TƏCHİZATINI ÜZƏRİNƏ GÖTÜRDÜ
SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə” ilə “TAV Hava limanları” arasında strateji əməkdaşlıq yeni mərhələyə keçib. Əməkdaşlıq çərçivəsində Ankara Esenboğa Hava Limanındakı obyektlərin təbii qaz təchizatı “SOCAR Türkiyə” tərəfindən təmin olunmağa başlanılıb.Tərəflər arasında imzalanan saziş sabit qiymətli müqavilə modeli əsasında həyata keçirilir və tədarük təhlükəsizliyinin gücləndirilməsini, əməliyyat davamlılığının təmin olunmasını hədəfləyir. Layihə çərçivəsində qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı inteqrasiya edilmiş enerji idarəetmə modeli tətbiq olunur.Qeyd edək ki, əməkdaşlıq 2020-ci ildən davam edir və 2025-ci ildən etibarən Ankara Esenboğa və İzmir Adnan Menderes hava limanlarını da əhatə etməklə genişləndirilib. Hazırda “TAV Hava limanları”nın illik təxminən 75 min MVt/saat elektrik enerjisinə olan tələbatı “SOCAR Türkiyə” tərəfindən qarşılanır.




