SOSİAL ŞƏBƏKƏLƏRİN YENİ ULDUZU
PİŞİK ZƏRGƏRİN İŞİNƏ NƏZARƏT EDİR
Dağıstanlı zərgər ustasının Zakarya adlı sevimli pişiyi onun işinin ayrılmaz bir parçasına çevrilib. Sahibinin sözlərinə görə, Zakaryanı hələ çox balaca ikən yoldan taparaq evə gətirib. O gündən bəri pişik ustanın yanında böyüyüb və indi demək olar ki, hər iş prosesində “fəal iştirak edir”. Pəncələrini alətlərə uzadan Zakarya sanki ustanın işinə nəzarət edir, emalatxanaya isə xüsusi bir canlılıq qatır.




