“SPACE X” “OPEN AI”-Nİ GERİDƏ QOYACAQ
BAZAR DƏYƏRİ 800 MİLYARD DOLLARA ÇATIR
SpaceX özəl bazarlarda səhmlərin təkrar satışı üzrə danışıqlara başlayıb və ekspertlər əməliyyatın tamamlanması halında şirkətin dəyərinin 800 milyard dollara çatacağını proqnozlaşdırır. Bu göstərici, hazırda 500 milyard dollarlıq dəyəri olan OpenAI-ni geridə qoyaraq SpaceX-i Amerikanın ən dəyərli özəl şirkəti edəcək. Eyni zamanda, bu, şirkətin keçən ilki 400 milyard dollarlıq dəyərinin ikiqat artması deməkdir. Qeyd edək ki, 2002-ci ildə yaradılan SpaceX, hazırda kommersiya raket buraxılışlarında dünya lideridir. Şirkətin peyk internet xidməti Starlink sürətlə böyüyür və noyabr ayında qlobal istifadəçi sayı 8 milyonu keçib.




