SU EHTİYATLARI AGENTLİYİNDƏN RƏSMİ AÇIQLAMA
SU EHTİYATLARI AGENTLİYİNDƏN RƏSMİ AÇIQLAMA
BU ƏRAZİLƏRDƏ TORPAĞI OLANLARA KOMPENSASİYA VERİLƏCƏK
Azərbaycanda bir sıra dövlət layihələri üçün tikinti aparılan torpaq sahələrinin sahiblərinə kompensasiya veriləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq dəyən zərərin hesablanması üçün qiymətləndirmə işlərinə başlayıb. Kompensasiya Böyükşor Tullantı Sutəmizləyici Qurğusu, Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi və Xaçmazda əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün tikilən kiçik sututarlar layihəsi altında olan torpaq sahələrinin sahiblərinə veriləcək. Qiymətləndirmə işləri başa çatdıqdan sonra kompensasiyanın məbləği açıqlanacaq.




