SU TARİFLƏRİ GƏLƏCƏKDƏ FƏRQLİ ŞƏKİLDƏ TƏTBİQ OLUNA BİLƏR
SU TARİFLƏRİ GƏLƏCƏKDƏ FƏRQLİ ŞƏKİLDƏ TƏTBİQ OLUNA BİLƏR
ADSEA QİYMƏTLƏ BAĞLI TABELİ QURUMLARLA MÜZAKİRƏ APARIR
Azərbaycanda su tarifləri gələcəkdə fərqli şəkildə tətbiq oluna bilər. Bu, Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyada nəzərdə tutulub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə əsas məqsəd su ehtiyatlarının daha səmərəli idarə olunmasıdır. Tariflər hamı üçün eyni yox, bölgə, sosial vəziyyət və xərclər nəzərə alınaraq diferensial ola, qiymətlər isə suyun real istismar, xidmət və investisiya xərclərinə uyğun formalaşa bilər. Yeni tarif modeli mərhələli, pilot layihələr və beynəlxalq təcrübə əsasında tətbiq ediləcək. Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumaları arasında müzakirələr aparılır.




