SÜNİ İNTELLEKTDƏN NƏHƏNG PLAN “OPENAI” 220 MİLYON ABUNƏÇİ HƏDƏFLƏYİR
OpenAI öz ChatGPT abunəçilərini 2030-cu ilə qədər 220 milyona çatdırmağı planlaşdırır. İyul ayına olan məlumatlara görə, hazırda 35 milyon ödənişli istifadəçi var – bu, ümumi istifadəçilərin cəmi 5%-i deməkdir.Şirkət gəlirlərini şaxələndirərək reklam və alış-veriş yönümlü yeni məhsullarla gəlirinin 20%-ni artırmağı hədəfləyir. Bu həftə təqdim olunan fərdi alış-veriş köməkçisi bu strategiyanın ilk addımıdır.Maliyyə baxımından OpenAI 2025-ci ilin sonuna qədər illik gəlirini 20 milyard dollara çatdırmağı planlayır. İlin birinci yarısında isə artıq 4,3 milyard dollar gəlir əldə edilib. Şirkət liderliyini qorumaq üçün süni intellekt tədqiqatlarına 2,5 milyard dollar sərmayə ayırıb.




