SÜRÜCÜLƏR REYSQABAĞI TİBBİ MÜAYİNƏDƏN KEÇMƏYİB?
SÜRÜCÜLƏR REYSQABAĞI TİBBİ MÜAYİNƏDƏN KEÇMƏYİB?
“AYNA”NIN TƏTBİQ ETDİYİ CƏRİMƏ LƏĞV OLUNDU
AYNA-nın “AEM Elektron” və “Foodini” şirkətlərinə yazdığı cərimələr məhkəmə tərəfindən ləğv edilib. Agentlik bu şirkətlərin sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək hər biri üçün 2 min manat cərimə tətbiq etmişdi.Şirkətlər qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hər iki şikayəti təmin edib və cərimələri tamamilə qüvvədən salıb.Məhkəmənin qərarına görə, şirkətlər daşımaları yalnız öz ehtiyacları üçün həyata keçirdiklərinə görə həmin maddə üzrə inzibati xətanın subyekti hesab edilə bilməzlər.




