TAKSİ ŞİRKƏTİ LƏĞV OLUNUR
NİZAMNAMƏ KAPİTALI 10 MANAT İDİ
Azərbaycanda taksi şirkəti ləğv edilir. Modern.az xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan “Retro TAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 89, mənzil 55 ünvanına təqdim edə bilərlər.




