TAKSİ ŞİRKƏTİ QİYMƏTLƏRİ ARTIRIR
“BOLT” SÜRÜCÜLƏRƏ BİLDİRİŞ GÖNDƏRDİ
“Bolt” şirkəti tarifləri artırıb. Operativ Media xəbər verir ki, bu barədə sürücülərə bildiriş göndərilib. Məlumata görə, yanacaq xərclərinin yüksəlməsi fonunda əsas bölgələrdə bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb.Qeyd edək ki, 2026-ci ilin yanvar ayından etibarən benzin 5 qəpik, dizel yanacağı isə 10 qəpik bahalaşıb.




