TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
ŞƏMSİ SƏMƏDZADƏ MAL-QARA OĞURLUĞUNDA İTTİHAM OLUNUR
Tanınmış iş adamı Şəmsi Səmədzadə saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub. Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq.Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.




