TARİXDƏ İLK DƏFƏ 500 DOLLARI AŞDI
TARİXDƏ İLK DƏFƏ 500 DOLLARI AŞDI
YAXIN ŞƏRQDƏ GƏRGİNLİK QAZ QİYMƏTLƏRİNİ “VURDU”
London Fond Birjasında ticarət zamanı təbii qazın qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetrə görə 500 ABŞ dolları həddini keçib. Bu barədə “Reuters” agentliyi xəbər yayıb.Mənbənin bildirdiyinə əsasən, qiymət artımı Yaxın Şərq regionunda davam edən silahlı münaqişələr və enerji təchizatı ilə bağlı yaranmış risklərlə əlaqələndirilir.Analitiklər hesab edirlər ki, geosiyasi gərginlik və tədarük zəncirində mümkün fasilələr enerji bazarlarında qeyri-müəyyənliyi artırır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.




