TƏQSİRLƏNDİRİLƏNLƏR HAKİM QARŞISINDA
TƏQSİRLƏNDİRİLƏNLƏR HAKİM QARŞISINDA
XARİCİ ÖLKƏ SƏFİRLİYİNƏ TERROR PLANLAYAN ŞƏXSLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIB
Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumuna hazırlaşmaqda təqsirləndirilən şəxslər barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Baxış iclası martın 18-nə təyin edilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadənin dini düşmənçilik zəminində Bakıda xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Həmin şəxslər cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




