TOVUZDA SOĞANIN QİYMƏTİ “GÖZ YAŞARDIR”
5 QƏPİYƏ QƏDƏR DÜŞDÜ, AMMA ALICISI YENƏ TAPILMIR
Tovuzdakı fermerlər ciddi problemlə üzləşiblər. Onların sözlərinə görə, bir kisə soğanı sahədə 2, hətta 1 manat 50 qəpiyə belə sata bilmirlər. Çəkisi 28–30 kiloqram olan kisədəki məhsulun bir kiloqramı təxminən 5–7 qəpiyə düşür. Alıcısı tapılmayan tonlarla soğanın çox hissəsi cücərib yararsız hala düşür. Fermerlər bildirir ki, hazırda bölgədə təxminən 100 tona yaxın yığılmış soğan ehtiyatı var. Onlar vəziyyətdən çıxış yolu kimi məhsulların xarici bazarlara ixracına dəstək göstərilməsini istəyirlər.




