2027 BÜDCƏSİNDƏ ƏSAS PRİORİTETLƏR BƏLLİ OLDU

2027-ci ilin dövlət büdcəsində əsas vəsait iqtisadiyyat, müdafiə və milli təhlükəsizliyə yönəldiləcək.Maliyyə Nazirliyinin açıqlamasına görə, gələn il büdcə xərclərinin təxminən 42 faizi bu iki istiqamətin payına düşəcək. QRAFİKA: İqtisadi fəaliyyətə 8 milyard 891 milyon manat, müdafiə və milli təhlükəsizliyə isə 8 milyard 816 milyon manat ayrılması nəzərdə tutulur.Ümumi dövlət xidmətlərinə 5 milyard 506 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 916 milyon manat vəsait proqnozlaşdırılır.Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına 3 milyard 34 milyon manat, kənd təsərrüfatına isə 1 milyard 380 milyon manat ayrılması planlaşdırılır.Mədəniyyət, informasiya, idman və gənclər siyasətinə 645 milyon manat, ətraf mühitin mühafizəsinə 439 milyon manat, mənzil-kommunal təsərrüfatına isə 335 milyon manat vəsait nəzərdə tutulub.





