Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent99,29$5,28%Qızıl7.423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
Bankacılık ve finans

2027-DƏ PENSİYA VƏ MİNİMUM ƏMƏKHAQQI ARTACAQ

Biznes TV1 dk okuma
Paylaş
2027-DƏ PENSİYA VƏ MİNİMUM ƏMƏKHAQQI ARTACAQ

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır.FED.az xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsindən 42.4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin xərcləri 2026-cı ilin büdcənin proqnoz xərcləri ilə müqayisədə 700 milyon manat çoxdur. Millət vəkili qeyd edib ki, 2027-ci ilin yanvarından etibarən indeksləşdirilmiş pensiya məbləğlərinin hesablanması həyata keçiriləcək.Deputatın sözlərinə görə, dövlət büdcəsi xərclərinin təxminən 42 faizi iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik sahələrinə yönəldiləcək. Bildirilib ki, gələn il iqtisadi fəaliyyət üzrə xərclərin 8 milyard 891 milyon manat olacağı gözlənilir. Bu rəqəm dövlət büdcəsinin xərclərinin 21 faizinə bərabərdir.

pensiyapuləməkhaqqı2027