Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,94930,00%Brent99,47$6,01%Qızıl7.305,350,00%TRY/AZN0,03490,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

263 MİLYARD DOLLARLIQ ƏRƏB NƏHƏNGİNDƏN MÜHÜM ADDIM: "L’IMAD" İLƏ AZƏRBAYCAN ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ

Biznes TV2 dk okuma
Paylaş
263 MİLYARD DOLLARLIQ ƏRƏB NƏHƏNGİNDƏN MÜHÜM ADDIM: "L’IMAD" İLƏ AZƏRBAYCAN ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ

Azərbaycan İnvestisiya Holdinqi Birləşmiş Ərəb Əmirliklərinin ən böyük investisiya strukturlarından biri olan L’IMAD Holding Company PJSC ilə Strateji Əməkdaşlıq Sazişi imzalayıb. Saziş Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevin və şeyxin iştirakı ilə imzalanıb.Fed.az xəbər verir ki, L’IMAD-ın Azərbaycanla əməkdaşlığı xüsusilə diqqət çəkir. Çünki söhbət adi investisiya şirkətindən deyil, Əbu-Dabi hökumətinin suveren investisiya platformasından gedir. Holdinqin portfelində enerji, su və kommunal xidmətlər, aviasiya, limanlar, dəmir yolu, bank, səhiyyə, daşınmaz əmlak, avtomobil sənayesi və kənd təsərrüfatı kimi strateji sahələrdə fəaliyyət göstərən şirkətlər cəmləşib. L’IMAD-ın tərkibinə keçirilən ADQ-nun aktivləri 2025-ci ilin ortalarında 263 milyard ABŞ dollarından çox olub.İndiyədək ADQ özü Yaxın Şərqin ən iri holdinq strukturlarından biri idi və enerji, kommunal xidmətlər, ərzaq və kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, nəqliyyat və logistika kimi sahələrdə böyük portfelə malikdir. Onu da deyək ki, L’IMAD portfelinə 25 investisiya şirkəti və platforması, 250-dən çox törəmə şirkət daxildir.Hazırda Azərbaycan və L’IMAD arasında imzalanan strateji sazişin konkret investisiya layihələri açıqlanmayıb. Bununla belə, saziş Əbu-Dabinin yüz milyardlarla dollarlıq aktivləri idarə edən investisiya platformasının Azərbaycan bazarında mümkün iştirakı baxımından mühüm addım kimi diqqət çəkir.Qeyd edək ki, Azərbaycan və BƏƏ arasında daha əvvəl imzalanan razılaşmalarda SOCAR-ın nəzarətində olan “Azər Türk Bank”ın səhmlərinin ərəb investorlarına satışı məsələsi də gündəmə gəlmişdi. Bu istiqamətdə isə hələlik yeni konkret nəticə açıqlanmayıb.

azərbaycanölkədollariqtisadiyyat