50-DƏN ÇOX OBYEKTDƏ SAXTA MAL TAPILDI

2026-cı ilin avqust ayında Bakı və müxtəlif rayonlarda fəaliyyət göstərən topdan və pərakəndə ticarət, eləcə də ictimai iaşə obyektlərində aparılan yoxlamalar zamanı 57 obyektdə aksiz markası olmadan və ya saxta aksiz markası ilə satışa çıxarılan məhsullar aşkarlanıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.Nəticədə müxtəlif qablaşdırmalarda ümumilikdə 6 192 ədəd alkoqollu içki, 4,98 min litr pivə və 99 qutu tütün məmulatı dövriyyədən çıxarılıb. Bundan başqa, Kürdəmir rayonunda vergi orqanında qeydiyyatda olmadan alkoqollu içki istehsal edilən sahə də müəyyənləşdirilib. Burada 1 288 ədəd saxta aksiz markası, ümumi həcmi 25 min litr olan mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, həmçinin istehsal avadanlıqları aşkarlanıb.Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb





