Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,42$2,98%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Avropa ilə Rusiyanın ticarəti minimum səviyyəyə enib – RƏQƏMLƏR

Biznes TV2 dk okuma
Paylaş
Avropa ilə Rusiyanın ticarəti minimum səviyyəyə enib – RƏQƏMLƏR
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi. Bu tədbirlər iki tərəf arasında ticarət əlaqələrinin kəskin azalmasına gətirib çıxardı.

BiznesTV Sfera.az-a istinadən xəbər verir ki, 2021-ci ildə Aİ-nin ümumi ticarətinin 5,8 faizi Rusiya ilə idi. Rusiya Aİ-nin beşinci ən böyük ticarət tərəfdaşı hesab olunurdu.

Həmin dövrdə Rusiyanın ticarətində Aİ-nin payı 37%-ə bərabər idi. Rusiyanın idxalının 36,5%-i Aİ-dən, ixracının isə 37,9%-i Aİ-yə edilirdi. Ümumilikdə, 2021-ci ildə tərəflər arasındakı mal ticarəti 257,5 milyard avro təşkil edib.

Müharibənin başlanğıcı ilə tətbiq olunan sanksiyalar iki tərəf arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə azaldıb. 2022-ci ilin fevralında Aİ Rusiyadan 21,4 milyard avro dəyərində idxal etmiş, əvəzində 7,6 milyard avro dəyərində mal ixrac etmişdi.

2023-cü ilin martında Aİ-nin Rusiyadan idxalı 22,2 milyard avro səviyyəsində idi, lakin 2024-cü ilin sentyabrında bu göstərici 3,1 milyard avroya qədər azaldı. Beləliklə, müharibə başlayandan bəri Aİ-nin Rusiyadan idxalı 86% azalıb. Eyni zamanda, Rusiyanın Aİ-dən idxalı da müharibədən sonrakı dövrdə 2,7 milyard avroya düşüb.

2024-cü ilin sentyabr ayına olan məlumata görə, Aİ ilə Rusiya arasında ikitərəfli ticarət həcmi 5,9 milyard avro təşkil edib. Bu, müharibədən əvvəlki dövrün cəmi 20%-i qədərdir.