Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,61$2,81%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir

Biznes TV2 dk okuma
Paylaş
Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycanda 65 mindən çox kommersiya qurumu qeyri-aktiv vəziyyətdədir

BiznesTV Marja-ya istinadən xəbər verir.

2024-cü il dekabrın 1-nə olan məlumata görə, qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib. Onlardan 123 min 682 kommersiya qurumu aktiv, 65 min 195 kommersiya qurumu isə qeyri-aktiv vəziyyətdədir.

Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən, respublika üzrə 1 milyon 590 min 659 vergi ödəyicisinin 87,1%-i fiziki şəxslər, 12,9%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5%, fiziki şəxslərin sayı 5,3%, hüquqi şəxslərin sayı isə 7,2% artıb.

Dekabr ayının 1-nə qədər qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% artaraq 188 min 877-yə çatıb.

2024-cü ilin yanvar-noyabr aylarında:

  • 12 min 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 89,2%-i yerli investisiyalı, 10,8%-i isə xarici investisiyalı müəssisələrdir.
  • Yerli investisiyalı MMC-lərin elektron qeydiyyatında xüsusi çəkisi 93,6% təşkil edib.
  • 8 min 677-si Asan İmza ilə,
  • 1995-i “FİN kod + mobil nömrə” üsulu ilə,
  • 41-i isə “SİMA” rəqəmsal imzası ilə qeydiyyata alınıb.

Dekabrın 1-nə aktiv ƏDV ödəyicilərinin sayı 39 min 847 vahid təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3% artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2%-dir.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin strukturu belədir:

  • 91,4%-i MMC (məhdud məsuliyyətli cəmiyyət),
  • 1,2%-i səhmdar cəmiyyət,
  • 1,1%-i kooperativ,
  • Qalanları digər təşkilati-hüquqi formalarda yaradılıb.

Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinin sayı 13,3% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6 min 253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5 min 983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% artım deməkdir.

Hesabat dövründə kommersiya qurumlarının qeydiyyata alınması üzrə:

  • 81,8%-i elektron qaydada,
  • 18,2%-i isə kağız daşıyıcısında müraciətlər əsasında qeydə alınıb.

Mənbə: Dövlət Vergi Xidməti