Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bölgeler

“Azərlotereya” Xankəndidə “Qış nağılı”nda iştirak edir

Biznes TV2 dk okuma
Paylaş
“Azərlotereya” Xankəndidə “Qış nağılı”nda iştirak edir
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“Azərlotereya” ASC, Qarabağın bərpası və dirçəlişi naminə həyata keçirilən sosial və mədəni layihələrdə iştirakını davam etdirir. 34 ildən sonra ilk dəfə Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Qış nağılı” bayram yarmarkası bu dəstəyin növbəti nümunəsidir.

Yarmarka Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər meydanında baş tutub. Tədbirin əsas sponsorlarından biri olan “Azərlotereya” ASC, Qarabağda sosial və iqtisadi canlanmaya töhfə vermək, eyni zamanda genişmiqyaslı yenidənqurma işlərinə diqqət çəkmək məqsədini güdür.

Yarmarkada təqdim olunanlar

“Qış nağılı” bayram yarmarkası, yerli istehsalçıların təqdim etdiyi müxtəlif məhsulları, bayrama uyğun dekorasiyaları və xüsusi konsert proqramı ilə ziyarətçilərə unudulmaz bayram təəssüratı bəxş edib. Tədbir həm Xankəndi sakinləri, həm də şəhəri ziyarət edənlər üçün birlik, həmrəylik və sevinc simvoluna çevrilib. Yarmarka 2024-cü il dekabrın 29-dan 2025-ci il yanvarın 4-dək davam edəcək.

“Azərlotereya”nın Qarabağa töhfələri

“Azərlotereya” ASC, Qarabağın inkişafı istiqamətində həyata keçirilən işlərə böyük dəstək göstərməyə davam edir. Aşağıdakı layihələr bu səylərin bir hissəsidir:

  • “Hər şey Qarabağ üçün” layihəsi: Tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir.
  • Minalardan təmizləmə dəstəyi: İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün xüsusi təlim keçmiş itlərin alınması maliyyələşdirilib.
  • “Əmanətə Sədaqət” layihəsi: 2022-ci ildən həyata keçirilən bu layihə indiyədək 150 şəhid əmanətini əhatə edib. Türkiyədəki dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycandakı ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri layihə çərçivəsində qarşılanır.

“Azərlotereya” ASC, Qarabağın bərpası və inkişafına dair dəstəyini bundan sonra da davam etdirəcəyini bəyan edib.

Mənbə: AZƏRTAC

Benzer içerikler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT
Bölgeler

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz […]

2 dk okuma
SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
Bölgeler

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏHƏRRACA ÇIXARILIR Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan […]

2 dk okuma
DÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI
Bölgeler

DÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI

BAKIDA 13 MİN, BƏZİ RAYONLARDA İSƏ 700 MANATDAN AZDÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI Azərbaycanda hazırda 27,4 min dövlət qulluqçusu çalışır və onların 30,3 faizi qadınlardır.Bunu millət vəkili Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deyib.Onun sözlərinə görə, dövlət qulluqçularının əksəriyyəti Bakıda işləyir. Paytaxtda 13 756 dövlət qulluqçusu olduğu halda, bəzi iqtisadi rayonlarda bu rəqəm 1000 […]

2 dk okuma