Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,61$2,81%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Ekonomi

Bakının məşhur bazarı sökülür – İki həftə vaxt verildi

Biznes TV2 dk okuma
Paylaş
Bakının məşhur bazarı sökülür – İki həftə vaxt verildi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Keşlə bazarının icarədarlarına bazarı tərk etmələri üçün yanvarın 1-dək vaxt verilib

Biznes TV Xəzər TV-yə istinadən xəbər verir ki, Keşlə bazarında fəaliyyət göstərən icarədarlar bazarı tərk etmək üçün verilən müddətdən narazıdırlar. Onlar 13 günün kifayət etmədiyini bildirərək, bu müddətin ən azı 4 aya qədər uzadılmasını tələb edirlər.

İcarədarların sözlərinə görə, əgər 4-5 ay öncədən bazarın söküləcəyi ilə bağlı xəbərdarlıq edilsəydi, onlar əlavə mal almaz, mövcud mallarını isə satıb bitirərdilər.

Bazara nəzarət edən şəxslər də bildirib ki, söküntü ilə bağlı məlumat onlara da yalnız həmin gün verilib.

Agentlikdən açıqlama

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bazar rəhbərliyinə ərazinin boşaldılması ilə bağlı tapşırıq aprel ayından etibarən bir neçə dəfə verilib. Lakin rəhbərlik prosesi gecikdirib.

Son xəbərdarlıq yaxın zamanda edilib və ərazinin boşaldılması tikinti işlərinin vaxtında başlanması üçün zəruridir.

İcarədarların isə məsələnin daha əvvəlcədən bildirilməməsi ilə bağlı iradları hələlik cavabsız qalıb.