Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İş dünyası

“BENTLEY”, “RANGE ROVER” VƏ BAHALI MƏNZİL

Biznes TV2 dk okuma
Paylaş
“BENTLEY”, “RANGE ROVER” VƏ BAHALI MƏNZİL

“BENTLEY”, “RANGE ROVER” VƏ BAHALI MƏNZİL SƏLİM MÜSLÜMOVLA VİLYAM HACIYEVİN ƏMLAKLARI SATILIR

Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə edilən əmlakları satışa çıxarılır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əmlakların ümumi qiyməti 650 min manat təşkil edir. Səlim Müslümova məxsus əmlaklar bunlardır .

  • Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində mənzil–qiyməti 350 min manat;
  • Eyni prospektdə başqa mənzil–qiyməti 140 min manat. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş 4 minik avtomobili isə bunlardır.
  • “Bentley Continental GT” – 65 min manat;
  • “Range Rover” – 56 min manat;
  • “BMW 740i” – 23 min manat;
  • “BMW X5” – 16 min manat. 56 min manat qiymət qoyulan “Range Rover”i oğlu Məhəmməd Hacıyev sürürdü. Həmin vaxt avtomobilin qiyməti 100 min manatdan artıq idi. Qeyd edək ki, həm Səlim Müslümov, həm də Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Dövlətə dəyən ziyanı tam ödədiyindən Müslümova 11 il şərti, Hacıyevə isə 8 il 6 ay real həbs cəzası verilib. Onu da deyək ki, hər iki məhkumun daha bir neçə əmlakı da dövlətə dəyən ziyanın əvəzi olaraq müsadirə edilib.
əmlaksatışxəbərlər

Benzer içerikler

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR
İş dünyası

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏR

SAHİBKARIN 4 MİLYONUNU GERİ ÖDƏDİLƏRİKİ NƏFƏR HƏBSDƏN AZAD EDİLDİ İş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aralarında məşhur şəxslərin də olduğu 5 nəfər mühakimə edilib. Onlardan yalnız iki nəfəri həbsdə idi. Dəstə […]

2 dk okuma
TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ
İş dünyası

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİ

TİBB MÜƏSSİSƏSİ TENDER ELAN ETDİONKOLOGİYA MƏRKƏZİ 35 MİLYON MANATI NƏYƏ XƏRCLƏYƏCƏK? Milli Onkologiya Mərkəzi açıq tender elan edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator müayinələrdə və tibbi testlərdə istifadə olunan xüsusi kimyəvi maddə yəni laborator reagentlər, sərf […]

1 dk okuma
İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?
İş dünyası

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?

İŞƏGÖTÜRƏNİ HANSI HALDA 3 MİN MANATLIQ CƏRİMƏ GÖZLƏYİR?AZƏRBAYCANDA YENİ CƏRİMƏLƏR MÜƏYYƏNLƏŞDİ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.Yeni dəyişikliklərə əsasən, bir sıra sahələrdə cərimələr müəyyənləşdirilib və bəzi inzibati məsuliyyət tədbirləri yenilənib.Belə ki, tibbi müayinə rəyinə əsasən narkoloji xəstə olan şəxsin qanunvericiliklə fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul edilməsinə və ya həmin şəxslə əmək münasibətlərinin […]

2 dk okuma
KAFE VƏ RESTORANLARDA POZUNTU
İş dünyası

KAFE VƏ RESTORANLARDA POZUNTU

KAFE VƏ RESTORANLARDA POZUNTUƏHALİYƏ AT ƏTİ VERİLİRMİŞ İctimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 müəssisədə baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə 500 kiloqrama […]

1 dk okuma