Ana içeriğe geç
Biznes TV
Piyasalar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Enerji

Çinin Chery Şirkəti Samsunda Zavod Quracaq

Biznes TV2 dk okuma
Paylaş
Çinin Chery Şirkəti Samsunda Zavod Quracaq
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Biznes TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Chery şirkəti Türkiyənin Samsun şəhərində 1,5-2 milyard dollar civarında sərmayə ilə avtomobil zavodu inşa edəcək. Zavodun 1 milyon 500 min kvadratmetr sahədə qurulması və birinci mərhələdə 25 min nəfərin işlə təmin olunması planlaşdırılır.

Elektrik və hibrid avtomobil istehsalını hədəfləyən Chery-nin ildə 150 minə yaxın nəqliyyat vasitəsi istehsal edəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, Çin markası BYD-nin Manisada 1 milyard dollarlıq zavod quracağını xatırladaraq, “Başqa bir Çin şirkəti də Samsuna sərmayə yatırır. Hazırlıq tamamlanıb, tezliklə zavodun təməlinin qoyulduğunu görəcəyik”, – deyib.

SUV seqmentində iddialı modelləri ilə tanınan Chery Türkiyədə ən çox satılan avtomobillər arasında yer alır. Xüsusilə Tiggo 8 Pro, Tiggo 7 Pro, Tiggo 4 Pro və Omoda modelləri böyük maraq görür.

Elektrik və hibrid texnologiyasında sərfəli qiymətlər təklif edən Çin markalarının Türkiyədə istehsala başlaması ilə avtomobil qiymətlərinin aşağı düşəcəyi gözlənilir. Yerli istehsalın əlavə gömrük rüsumlarından azad olması bu prosesə müsbət təsir edəcək.

Türkiyənin Sənaye və Texnologiya naziri Fatih Kaçır bu ayın ortalarında Samsuna investisiya üçün Chery ilə danışıqların son mərhələdə olduğunu bildirmişdi.

Benzer içerikler

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU
Enerji

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDUQANUNVERİCİLİYƏ MÜVAFİQ DƏYİŞİKLİK EDİLİB Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilən 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə […]

1 dk okuma
SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR
Enerji

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIRYENİ QAYDA 2027-Cİ İL YANVARIN 1-DƏN 4 İL MÜDDƏTİNƏ QÜVVƏDƏ OLACAQ Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə […]

1 dk okuma
QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR
Enerji

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏRYENİ QAYDALAR TƏSDİQLƏNDİ Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar qaz təchizatı, müqavilələrin bağlanması və müraciət prosedurlarını tənzimləyir.Qərara əsasən, vətəndaşlar tikinti obyektinin qazlaşdırılması üçün qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsini “ASAN Kommunal” mərkəzləri vasitəsilə rəsmiləşdirəcəklər.Lakin “ASAN Kommunal” mərkəzləri hələ fəaliyyət göstərməyən rayon və şəhərlərdə bu xidmət həmin mərkəzlər yaradılanadək “ASAN […]

1 dk okuma